Gömrükdə erməni malları aşkarlandı - (VİDEOXƏBƏR)
BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçiriblər.
Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiyanın metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan da istehsal edilib) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az