Əfsanəvi müğənni vəfat edib - (VİDEOXƏBƏR)

Müğənninin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından vəfat edib.
Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.
Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə "Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.
Öz kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu albomu ("Symphonica") 2014-ci ildə çıxıb.
Eldar Tanrıverdiyev
AzVision.az