Əhaliyə Yeni il xəbərdarlığı - (VİDEOXƏBƏR)
-Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; ağac tezalışan oyuncaqla bəzədilməməli; qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:
şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; pəncərədə dəmir barmaqlıq olmamalı; məkanın iki çıxışı olmalı; ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
otağın qapıları mütləq bayıra açılmalı; məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; şənlikdə işıq tam söndürülməməli;
şənliyə tezalışan materialdan paltar geyinilməməli; məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
AzVision.az