Müğənnilər, tamadalar vergiyə cəlb olunacaq- (VİDEOXƏBƏR)

Müğənnilər, tamadalar vergiyə cəlb olunacaq- (VİDEOXƏBƏR)
  14 Dekabr 2016    Oxunub:3754
“Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar, aşıqlar sadələşdirilmiş vergiyə cəlb olunacaq”.
AzVision.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər danışarkən deyib.

Nazir bildirib ki, Vergilər Məcəlləsinə görə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Bu cür fəaliyyət növləri ilə məşğul olanların ayda sabit olaraq 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlər ayda 30 manat, çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar 10 manat, fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər, təmizləyicilər ayda 10 manat; nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergiyə cəlb olunması nəzərdə tutulur”.

F.Məmmədov bildirib ki, toy fəaliyyət növü ilə məşğul olanlar aylıq vergini fəaliyyət göstərdiyi bölgəyə tətbiq olunan vergi əmsalına uyğun olaraq ödəyəcək:

“Həmin kateqoriyadan olan şəxslər Bakı şəhəri, kənd və qəsəbələrində 2, Gəncə, Sunmqayıt və Xırdalana şəhərlərində 1,5, Abşeron rayonunun kəndləri və qəsəbələrində, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Naxçıvan şəhərlərində 1, digər rayonlarda isə 0, 5 əmsalına uyğun olaraq vergi ödəyəcəklər”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti