`Yeni SSRİ` yaradıla bilərmi? - (VİDEOXƏBƏR)

`Yeni SSRİ` yaradıla bilərmi? - (VİDEOXƏBƏR)
  13 Dekabr 2016    Oxunub:5927
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov TASS-a müsahibəsində deyib ki, post-sovet ölkələrinin yeni ittifaqı yaradıla bilər.

Qorbaçovun fikrincə, yeni ittifaqın yaranma ehtimalı var. O, fikirlərini belə əsaslandırıb: “Sovet İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könüllü şəklidə ittifaq yaranması mümkündür”.

Siyasi analitiklər hesab edir ki, Qorbaçovun dediklərinin heç bir əsası yoxdur. Çünki, post-sovet ölkələri yenidən Rusiya ətrafında birləşmək istəmir.



Politoloq Qabil Hüseynli AzVision.azz-a bildirib ki, Qorbaçov öz təfəkkürünə uyğun olaraq jarqonlarla danışır və ictiamiyyətə yalan informasiyalar ötür: “Dünyada inteqrasiya prosesi getməkdədir. Amma, bu inteqrasiya bərabərhüquqlu dövlətlərin könüllü birliyi hesabına olmalıdır. Əgər inteqrasiya, birləşmə prosesi SSRİ-də olduğu kimi Rusiya ətrafında gedəcəksə və hər şey bir mərkəzdən idarə ediləcəksə, niyə azadlığına nail olmuş və suverenlik haqqı əldə etmiş dövlətlər özlərini yenidən boyunduruğun altına salsınlar? Bu, mümkün deyl. Hesab edirəm ki, heç bir dövlət Rusiyanın ətrafında birləşmənin olduğu ittifaqa daxil olmayacaq.

Eyni zamanda Qorbaçov o qədər ağıllı idisə, vaxtında SSRİ-yə normal rəhbərlik edərdi, islahatlar həyata keçirərdi, birliyin dağılmasının qarşısını alardı. Qorbaçov vaxtilə boşboğazlığa yol verərək SSRİ-nin dağılmasına rəvac veribsə və bu müxtəlif milli münaqişələrə səbəb olubsa, onun mənasız çıxışlarına əhəmiyyət verilməməlidir. Mən Qorbaçovu ciddi siyasi fiqur kimi qəbul etmirəm. O SSRİ-nin dağılmasından sonra öz nüfuzunu itirib. Bundan sonra onun nə deməsinin mənası yoxdur”.



Politoloq Fikrət Sadıqovun fikrincə, Qorbaçov hər zaman olduğu kimi boş və əsassız açıqlamalar verməklə məşğuldur: “Onun vaxtilə verdiyi əsassız bəyanatlar, hərəkətləri, prinsiplərdən uzaq siyasi fəaliyyəti SSRİ-nin dağılması ilə nəticələndi. Qorbaçox çox söz deyə bilər. Onun fikirləri reallıqdan çox uzaqdır. Reallıq bundan ibarətdir ki, 25 il sonra belə bir ittifaqın yaranması mümkün deyil. Görünür, Qorbaçov bu reallığı dərk etmir, başa düşmür”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti