Ulu Öndərin müdrik kəlamları: `Tarix heç nəyi silmir` (VİDEO)

 Ulu Öndərin müdrik kəlamları: `Tarix heç nəyi silmir` (VİDEO)
  12 Dekabr 2016    Oxunub:25642
Bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 13 il keçir.

AzVision.az əvəzolunmaz siyasi lider, müdrik şəxsiyyət kimi tarixə adını yazdıran Ulu Öndərin müdrik kəlamlarının bir qismini oxuculara təqdim edir:

1. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

2. Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.

3. Tarix həmişə hər şeyi öz yerinə qoyur.

4. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

5. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.



6. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

7. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

8. Heç kim əbədi qalib ola bilməz.

9. Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.

10. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.

11. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.

12. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.

13. Ağıl olan yerdə zora ehtiyac yoxdur.

14. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

15. Müstəqillik yolu qədər çətin yol yoxdur.

16. Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.

17. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.

18. Tarix heç nəyi silmir.

19. Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.

20. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

21. Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

22. Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır.

23. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.

24. Tənqid həmişə işə kömək edir.

25. Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!

Hazırladı: Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti