Dünyanın tanınmış fizikləri Bakıda toplaşacaq

Dünyanın tanınmış fizikləri Bakıda toplaşacaq
  01 Dekabr 2016    Oxunub:3280
Bu il dekabrın 5-dən 9-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA-nın rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, konfransda 50-dək yerli və xarici alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.

Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Koreya Respublikası, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti