Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
  25 Noyabr 2016    Oxunub:1165
Bakıda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 74 m2 olan 3 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 6 m2 sahədə, paltaryuyan maşın, mikrodalğalı soba və soyuducu yanıb. Yüksək temperaturdan dəhlizin və hamamın tavanı 7 m2 sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti