Bir gündə 7 nəfər bıçaqlanıb

Bir gündə 7 nəfər bıçaqlanıb
  24 Noyabr 2016    Oxunub:1312
Ağsu dörd nəfəri bıçaqlayan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakinləri Elvin Bəhramova, İsrafil Əliyevə, İntiqam Mikayılova və Elvin Heybətova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Təhmiraz Vəliyev tutulub.

Eyni zamanda Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də K.Məsimova, A.Cəbrayılova və N.Abdullayevə bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən digər şəxs - paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Həsənov da tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti