Baki-Ələt yolunda ağır yol qəzası - 3 ölü

Baki-Ələt yolunda ağır yol qəzası -  3 ölü
  24 Noyabr 2016    Oxunub:2232
Baki-Ələt magistral avtomobil yolunda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:43-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti