26 yaşlı qız intihara cəhd edib

26 yaşlı qız intihara cəhd edib
  24 Noyabr 2016    Oxunub:1490
Hacıqabul rayonunda intihara cəhd olub.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhəri, Abdulla Şaiq küçəsi, ev 4 ünvanında qeydə alınıb.

Belə ki, həmin evdə yaşayan 26 yaşlı Kifayət Ağamoğlan qızı Cavadova sirkə turşusu içərək intihara cəhd edib. O, dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti