Qar Zaqatalanın giriş-çıxışını bağladı – Video

Qar Zaqatalanın giriş-çıxışını bağladı –  Video
  23 Noyabr 2016    Oxunub:1791
Havanın temperaturunun kəskin aşağı düşməsi, şaxtalı olması nəticəsində Zaqatala şəhərinə girən körpüləri buz bağlayıb.
AzVision.az ARB Şəkiyə istinadən xəbər verir ki, nəticədə səhər tezdən şəhərin girişindəki iki körpüdə qısamüddətli tıxac yaranıb.

Rayonun kommunal təsərrüfat idarəsi dərhal fəaliyyətə keçib, buz bağlamış körpülərə duz qarışıq qum səpilib. Yol polisi vəziyyəti nəzarətə götürüb və hər iki körpünün üstündəki tıxac aradan qaldırılıb.

Hazırda şəhərə giriş-çıxışda maneə yoxdur.



AzVision.az


Teqlər:  





Xəbər lenti