14 nəfər dəm qazından zəhərlənib - Baş toksikoloq

14 nəfər dəm qazından zəhərlənib - Baş toksikoloq
  23 Noyabr 2016    Oxunub:2158
Noyabr ayının əvvəlindən bu günə qədər 14 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edib.
Bunu AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O qeyd edib ki, müraciət edən xəstələrdən 10 nəfəri qəbul edilib.

“Qəbul edilən xəstələrdən 3-ü azyaşlıdır. Dəm qazından zəhərlənmə ilə bağlı ölüm və ağırlaşma halları olmayıb. Xəstələr orta ağır vəziyyətdə gətirilib. Onlar müayinə edilib və evlərə buraxılıblar.

Sirkə turşusu zəhərlənməsi ilə bağlı şöbəyə 3 nəfər daxil olub, ölüm olmayıb. Xəstələr qəbul edilib, lazımi müayinə və müalicə tədbirləri görülüb, evə buraxılıblar.

Dərman qəbulu zamanı allergik reaksiya olması ilə bağlı 12 nəfər müraciət edib. Onlardan 5 nəfəri qəbul edilib”, - deyə baş toksikoloq əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti