Kirayə qaldığı evdə meyiti tapıldı

Kirayə qaldığı evdə meyiti tapıldı
  22 Noyabr 2016    Oxunub:2361
Gəncədə İsax Cəfərov küçəsi, bina 6, mənzil 40-da kişi meyiti tapılıb.
AzVision.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, evdə tək yaşayan və təxminən 80 yaşı olan Müzəffər adlı şəxsin mənzildə kirayədə yaşadığı bildirilir.

Qocanı bir müddət görməyən və pis qoxulardan narahat olan qonşular bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq mühafizə orqanı işçiləri və həkimlər ahıl şəxsin öz əcəli ilə öldüyünü ehtimal etsələr də, meyit müayinə üçün morqa aparılıb. Ev sahibi Eldəniz Əliyevin sözlərinə görə, kirayənişin 6 ay idi ki, mənzildə yaşayırdı.

Eldəniz Əliyev – ev sahibi: “Tapşırmışdım, pulu orada mağaza var, ora verirdi. Gördüm vaxtı keçib, hər ayın 16-17-si verirdi. O gün maraqlandım, dedilər ki, verməyib. Bu gün səhər telefonunun nömrəsini tapdım zəng etdim, gördüm zəng çatmır. Oğlanı da çağırdım, gələndə gördüm ki, rəhmətə gedib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti