Lənkəranda ər və arvadın meyiti tapılıb

Lənkəranda ər və arvadın meyiti tapılıb
  22 Noyabr 2016    Oxunub:2303
Lənkəran şəhərində ər və arvadının yaşadıqları evdə meyitləri tapılıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Şəhidlər xiyabanı küçəsi 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Allahverdiyevlərin üzərində xəsarətlər olan meyitləri aşkarlanıb.

Hüquq mühafizə orqanları hadisə yerini müayinə edib. Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin məlumatlara görə, Aydın Allahverdiyevin üz nahiyəsində əzilmiş-kəsilmiş xəsarətlər aşkarlanıb. Ölən şəxlərin hər ikisinin üz nahiyəsində qan izləri olub.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti