82 yaşlı qadın evdə yanaraq ölüb

82 yaşlı qadın evdə yanaraq ölüb
  22 Noyabr 2016    Oxunub:1237
Qubada yanğın hadisəsi baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti