Lerikdə dağ uçqunu olub - FOTO
Dağdan qopa böyük qaya parçaları yolun tam bağlanmasına və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub. Hadisədən dərhal sonra rayonun müvafiq qurumları hərəkətə gətirilib. İşçi qüvvəsinin və ağır texnikanın köməkliyi ilə yol qismən təmizlənməklə maşınların hərəkəti bərpa olunub. Bununla belə, yoldakı böyük qayanı isə tərpətmək mümkün olmayıb. Məlumata görə, onu yalnız partlatmaqla ortadan götürmək mümkün olacaq. Bu işin sabah yerinə yetiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolundan rayonun 20-dən çox yaşayış məntəqəsinin sakinləri istifadə edir. Yolda sonuncu dəfə dağ uçqunu oktyabrın 28-də qeydə alınıb. (Apa)
AzVision.az
Teqlər: