AMEA-nın institutlarının sayı azaldıldı

AMEA-nın institutlarının sayı azaldıldı
  20 İyul 2016    Oxunub:2705
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda dəyişiklik edilib.
AzVision.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən imzalanan qərara əsasən, AMEA-nın Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

Həmçinin qərara əsasən, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib, Fəlsəfə və Hüquq İnstitutu "Fəlsəfə İnstitutu" adlandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti