ABŞ ölkəmizdə şəxsi danışıqlara start verəcək

ABŞ ölkəmizdə şəxsi danışıqlara start verəcək
  25 Fevral 2013    Oxunub:2136
“Mətbuatda bu barədə tez-tez danışmaqdansa şəxsi konstruktiv danışıqlar daha faydalı olar”.
AzVision.az bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibəsində deyib.
Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı sualları cavablandıran diplomat bildirib ki, hökumətlə söhbətlər aparılır. O deyib ki, bütün ölkələrdə olduğu kimi burada da azad və ədalətli seçkilər görmək istəyirik: “Azad və ədalətli seçkilər seçki günü şəffaflıqla məhdudlaşmamalıdır. Ümidvarıq ki, bütün namizədlərə öz platformalarını təqdim etmək üçün şərait yaradılacaq. Eyni zamanda bütün qüvvələrə sərbəst toplaşmaq azadlığı veriləcək, mediada açıq müzakirə şəraiti yaradılacaq”. Səfir bildirib ki, bu sadalananlar demokratiyanın əsas atributlarıdır.

“Hazırda Azərbaycanda nə baş verməsi barədə bəyanat vermək istəməzdim”, - deyən Morninqstar yalnız onu deyib ki, Azərbaycan hökuməti ilə demokratik seçkilər keçirilməsi, buna şərait yaradılması haqda söhbətlər aparılır: “Mətbuatda bu barədə tez-tez danışmaqdansa şəxsi konstruktiv danışıqlar daha faydalı olar”.



Teqlər:  





Xəbər lenti