430 kq ərzaq yararsız çıxdı

430 kq ərzaq yararsız çıxdı
  30 İyul 2013    Oxunub:1409
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yayarsız ərzaq məhsulları aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az- verilən məlumata görə, Bakının Xəzər rayonunda, Mingəçevir, Ağdaş şəhərlərində, Abşeron, Samux, Ucar, Xaçmaz, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı 430 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti