36 yaşlı kişi meyiti kanaldan çıxarılıb

36 yaşlı kişi meyiti kanaldan çıxarılıb
  24 İyul 2013    Oxunub:1204
1977-ci il təvəllüdlü Nadirov Ceyhun Mirzə oğlunun axtarışları başa çatdırılıb.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 22 iyul 2013-cü il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu Alpout kəndi ərazisindən keçən hissəsində batan 1977-ci il təvəllüdlü Nadirov Ceyhun Mirzə oğlunun axtarışları başa çatdırılıb. Qeyd olunan şəxsin meyiti batdığı yerdən 15 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti