Sabahın havası

Sabahın havası
  19 İyul 2013    Oxunub:1309
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 20-də güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə, əsasən şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti