Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
AzVision.az