Gülərə yaxınlaşmaq olmaz

Gülərə yaxınlaşmaq olmaz
  22 Fevral 2013    Oxunub:1482
“Gülər Əhmədovanın yaxınları ilə görüşməsi, təcridxananın digər əməkdaşlarının onun saxlanıldığı boksa yaxınlaşması məhdudlaşdırılıb və demək olar ki, qadağandır“.
Bu barədə lent.az-a məlumat verən mənbənin dediyinə görə, sabiq deputat gətirildiyi gündən təcridxanada onun saxlanıldığı hissədə gücləndirilmiş rejim yaradılıb və hər şey ciddi nəzarət altındadır:“Təcridaxanaya gətirildiyi gün Gülər Əhmədovanın səhhətində və psixoloji durumunda yüngül narahatçılıq yaransa da, təcridaxana heyətinin ilkin yardımı ilə bu aradan qaldırılıb. Sonradan yenə də səhhəti ilə bağlı şikayətlər etsə də, ona yenə də təcridxananın Tibbi Sanitar bölməsində baxılıb və ciddi bir şey aşkarlanmadığı üçün kamerasına qaytarılıb”.
Mənbə onu da bildirir ki, sabiq deputatın saxlanıldığı boks xüsusilə ciddi nəzarət altındadır. Hətta onun olduğu hissəyə təcridaxana əməkdaşları da məhdud sayda buraxılır: “Eyni zamanda onun yaxınları ilə görüşməsi, təcridxananın digər əməkdaşlarının o saxlanıldığı boksa yaxınlaşması da məhdudlaşdırılıb, demək olar ki, qadağandır. Onun Əvəz Zeynallı ilə yaxın kamerada saxlanılması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki digər yerlərdə olduğu kimi bu təcridxanada da kişilər ilə qadınlar ayrı- ayrı bokslarda saxlanılır. Gülər Əhmədovanın saxlanılığı kamerada isə onunla bir yerdə bizim də ilk dəfə gördüyümüz yeni gətirilmiş qadın saxlanılır və onun da digər nəzarətçilər ilə təması qadağandır”.



Teqlər:  





Xəbər lenti