Azərbaycan 9 ölkəylə birləşib etiraz etdi

Azərbaycan 9 ölkəylə birləşib etiraz etdi
  22 Fevral 2013    Oxunub:1743
Azərbaycan, Yaponiya, ABŞ, İran və daha altı ölkə güləşin olimpiya oyunları proqramında qalması üçün səfərbər olub.
Yaponiya KİV-lərinin verdiyi məlumata əsasən, güləşin daha geniş yayıldığı 10 ölkə - Yaponiya, ABŞ, Azərbaycan, İran, Rusiya, Türkiyə, Belarus, Bolqarıstan, Qazaxıstan və Gürcüstan bu idman növünün olimpiya oyunları proqramında saxlanılması üçün öz səylərini birləşdirdiyini bəyan edib.
Bu ölkələrin rəsmi nümayəndələri Beynəlxalq Olimpiya Komitəsinin qərarına etiraz olaraq fevralın 20-də Tehranda keçirilən güləş üzrə dünya Kuboku yarışları çərçivəsində məsələnin müzakirə edildiyi debatlara qatılıblar.
Ölkə nümayəndələri BOK-un müvafiq qərarına qarşı birgə etiraz etmək barədə razılığa gəliblər. Görüş zamanı BOK-a birgə petisiyanın təqdim edilməsi qərara alınıb.



Teqlər:





Xəbər lenti