“Tonqal”da atışma olmayıb”

“Tonqal”da atışma olmayıb”
  21 Fevral 2013    Oxunub:1845
DİN restoranda hər hansı hadisə baş verməsi barədə yayılan xəbərləri təkzib edib.
Daxili İşlər Nazirliyi Bakıda yerləşən “Tonqal” restoranında silahlı insident baş verməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır: “Fevralın 19-dan 20-ə keçən gecə “Tonqal” restoranında heç bir hadisə baş verməyib. Bəzi kütləvi informasiya vasitələrində həmin restoranda guya bir neçə şəxs arasında mübahisə düşməsi və nəticədə atışma olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, bəzi KİV-də adıçəkilən restoranda bir qrup vəzifəli şəxsin qohumlarının arasında silahlı insident olması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda həmçinin bildirilir ki, hadisə yerinə gələn polis əməkdaşları silahlı insident törədən şəxslərin kimliyini bildikdən sonra olaya müdaxilə etməyə çəkiniblər.



Teqlər:  





Xəbər lenti