Kiyevin təyyarə qadağasına Rusiyadan sərt cavab

Kiyevin təyyarə qadağasına Rusiyadan sərt cavab
  29 Sentyabr 2015    Oxunub:2938
Baş nazir Dimitri Medvedyev Nəqliyyat Nazirliyinə Kiyevin Ukrayna səmasını Rusiya təyyarələrinin uçuşlarına bağlamasına cavab olaraq, bu ölkənin aviakompaniyalarına qarşı analoji addım atmağı tapşırıb.
Bu barədə Baş nazirin mətbuat katibi Natalya Timakova bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna hökuməti hava məkanını Rusiya aviakompaniyalarının üzünə bağlayacağını bəyan etmişdi. Artıq oktyabrın 25-dən etibarən Rusiya aviaşirkətlərinə Ukrayna ərazisində yüklərin tranziti, uçuş və daşınmalar qadağan olunacaq. “Qara siyahı”da ümumilikdə 25 aviasiya şirkəti yer alıb.

Rəsmi Moskva isə öz növbəsində Kiyev tərəfindən tətbiq ediləcək məhdudiyyətləri qeyri-qanuni hesab edir və adekvat cavab tədbirlərinə əl atacağını bildirir.


Teqlər:





Xəbər lenti