Fransa Misiri silahlandırır

Fransa Misiri silahlandırır
  28 Sentyabr 2015    Oxunub:1501
Fransanın Misirlə hərbi anlaşmasına əsasən, “Mistral” adlanan iki hərbi gəmi Misir dövlətinə satılacaq. Bu gəmilər Rusiyaya satılmalıdı idi, lakin Ukrayna münaqişəsi ortaya çıxandan sonra Fransa razılığı pozaraq “mistral”ların Rusiyaya satışını dayandırdı.

Həmin gəmiləri Fransa dövləti Misirə satmaq qərarına gəlib. Misirə təklif olunmuş qiymət 950 milyon dollar civarındadır. Bu isə Rusiya ilə razılaşdırılmış qiymətdən ucuz satış deməkdir. Lakin gəmilərin Misirə təhvil verilməsindən öncə müəyyən modernizasiya işlərinin görüləcəyi bildirilir.

Fransa prezidenti Fransua Olland satış məsələsinə münasibət bildirərək deyib ki, “ölklərimiz arasında olan hərbi müqaviləyə əsasən Misirlə hərbi-ticari əlaqələrimizi çox yüksək qiymətləndirirəm”.

- Yaxşı xatırlayıram ki, biz Misirə “Rafale” adlanan hücum qırıcılarını satmışdıq, çünki Misir Yaxın Şərqdə açar rolunu oynayan vacib ölkədir. Misir demokratik islahatlar yolunda addımlayan bir ölkədir. Təbii ki, demokratiya yolunda müəyyən çətinliklər ortaya çıxır. Buna rəğmən, biz Misirə dəstək olmalıyıq” – deyə Fransa prezindeti Fransua Ollan fikirini tamamlayıb.

Qeyd edək ki, Fransa dövləti 2 il ərzində Misirə 7 döyüş gəmisi, təqribən 24-dək döyüş təyyarəsi satıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti