ATƏT sədri Qarabağdakı vəziyyətdən narahatdır

ATƏT sədri Qarabağdakı vəziyyətdən narahatdır
  28 Sentyabr 2015    Oxunub:1953
ATƏT-ın fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini, bu ölkənin XİN rəhbəri İviça Daçiç Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşməsindən narahatdır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Daçiç Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla Nyu-Yorkda görüşü zamanı bildirib.

Məlumata əsasən görüşdə tərəflər, həmçinin Dağlı Qarabağa münaqişəsinin həlli yollarını da müzakirə ediblər.

ATƏT-ın fəaliyyətdə olan sədri İçiça Daçiç münaqişə bölgəsində tərəflərin atəşkəs rejiminə tam əməl etməsinin vacib olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti