‘Güc çıxış yolu deyil’ - Avropa Birliyi

‘Güc çıxış yolu deyil’ - Avropa Birliyi
  28 Sentyabr 2015    Oxunub:1732
Avropa Birliyinin miqrasiya naziri Dimitris Avromopoulos Macarıstana “gücün çıxış yolu olmadığı”nı deyərək, mühacirlərin qəbuluna düzgün yanaşmağa dəvət edib.

Avropa Birliyinin miqrasiya naziri çıxışında bildirib ki, “sərhədlərin bağlanması qaçqın axınınını müəyyən qədər azaldacaq, ancaq bu, həll varinatı deyil. Yəqin ki, mənimlə razılaşarsınız ,güc tətbiq etmək mövcud problemdən çıxış yolu deyil”.

Miqrasiya nazirinin fikirlərinə Macarıstanın xarici işlər naziri Peter Sziyyartodan cavab gəlib. O deyib ki, “Avropa Birliyi əvvəlcə Livan, İordaniya, İraq və Türkiyə kimi ölklərdə qaçqın düşərgələri salmalıdır, eləcə də onları maliyyələşdirməlidir. Əgər əlavə köməyə lüzum yaranarsa, bu halda biz beynəlxalq qaydalar çərçivəsində, o cümlədən, Avropa İttifaqının ayırdığı maliyyə dəstəyilə miqrantları ölkəmizə qəbul edə bilərik”.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti