Kameron üçün sınaq: 3 ciddi problem var

Kameron üçün sınaq: 3 ciddi problem var
  28 Sentyabr 2015    Oxunub:1544
Avropalı siyasi ekspertlərin fikirincə, Devid Kameron hökuməti bir sıra manelərlə qarşı-qarşıyadır. Hazırda Kameron hökumətinin qarşısında həll edilməmiş 3 önəmli problem var.

İlk məsələ Fransa ilə Britaniyanın bundan sonra da “İŞİD”-ə qarşı koalisiya şəkilində hərbi əməliyyatlar keçirib-keçirməyəcəyilə bağlıdır. İkincisi, Devid Kameron AB üzvü olmayan ölkələrə qarşı edilən sosial yardımları əngəlləyir. Baş nazirin koalisiyası düz dörd ildən sonra belə tələb irəli sürüb. Tələbə görə, Leyboristlər partiyasının təklif etdiyi qanunda sosial ədalət prinsipi pozulub. Bu da ondan irəli gəlir ki, xeyli müddətdir Leyboristlərin rəhbəri Ceremi Korbin ilə mühafizəkarların lideri, baş nazir Devid Kameron arasında ciddi siyasi intiriqa var.

Üçüncüsü, Devid Kameronun kabinetinin Avropa Birliyinin tərkibindən Britaniyanın çıxmasını istəyir ki, bununla da əlaqədar fikir ayrılığı mövcuddur. Güman olunur ki, 2016-cı ilin əvvəllində Kameron hökuməti ilə AB üzvü olan 27 dövlət arasında Britaniyanın AB-dən çıxıb-çıxmaması ilə bağlı konkret bəndlər müzakirə olunacaq. 2016-cı ilin sentyabr ayında isə bütünlükdə Britaniya ərazisində referendum baş tutacaq.

Politoloqların bildirdiyinə görə, əgər Devid Kameron referendumu uduzarsa, o zamanı Leyboristlər üçün əla imkan açılacaq. Hərçənd, Kameronun uduzmaq ehtimalı var, çünki seçicilərin böyük bir qismi baş naziri bəyənmirlər. Bu isə Ceremi Korbin üçün böyük bir seçiçi kütləsi deməkdir.

“Survation İnstitutu”nun keçirdiyi sosial sorğudan belə aydın olub ki, Britaniyanın Aİ-dən çıxma prosesi mürəkkəb olacaq. Həmin institutun keçirdiyi anket sorğusu zamanı insanların 50%-i “xeyr” cavabını verib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti