`Mən necə qanqster ola bilərəm?` - Putin

`Mən necə qanqster ola bilərəm?` - Putin
  28 Sentyabr 2015    Oxunub:2836
Rusiya prezidenti Vladimir Putin “KQB-nin sabiq əməkdaşları olmur” ifadəsi ilə razılaşdığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Putin amerikalı jurnalist Çarli Rouza müsahibəsində bildirib.

“Siz bilirsiniz, bizim həyatımızın heç bir mərhələsi izsiz keçmir. Nə işlə məşğul olmağımızdan, nə iş görməyimizdən asılı olmayaraq bu biliklər, bu təcrübə həmişə bizimlədir və biz onlardan hər hansı formada istifadə edirik. Bu mənada onlar haqlıdırlar”, - deyə Putin xarici kəşfiyyatla bağlı işindən danışarkən bildirib.

Rusiya prezidenti respublikaçı Mark Rubinin onu qanqster adlandırması ilə razılaşmadığını da bildirib: “KQB-də işlədiyim zaman mən necə qanqster ola bilərəm. Bu həqiqətə uyğun deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti