İsrail nədən qorxur?

İsrail nədən qorxur?
  28 Sentyabr 2015    Oxunub:2129
İsrailin baş naziri Benyamin Netenyahu Rusiyada rəsmi səfərdə olub. Rusiya prezidenti Vladimir Putinlə görüşən Netenyahu Moskvanın davamlı olaraq Suriyada möhkəmlənməsində heç bir problem görmədiyini deyib.

İsrail dövləti Yaxın Şərqdə operativ hava əməliyyatlarının həyata keçirilməsi, eləcə də aviamanevrlərin reallaşdırılması zamanı sərhədlərin gözlənilməsindən ötrü ikitərəfli razılığa gəlməyi təklif edib.

Digər önəmli nüans isə Rusiyaya məxsus silahların Əsəd rejimi tərəfindən Hizbullaha ötürülə biləcəyi təhlükəsindən İsrailin bərk narahat olmasıdır. İsrail dövləti Suriyada savaşan livanlı şiə döyüşçülərinin İsrailin düşməni olduğunu da nəzərə çatdırıb.

Qeyd edək ki, İsrail bu ilin avqust ayında ilk dəfə Suriya ərazisinə hava zərbələri endirib. Suriya müşahidəçiləri və ABŞ hökumətinin rəsmiləri Rusiyanın Suriyanın Tartus şəhərindəki hərbi bazasını modernizasiya etdiyini və əlavə olaraq yeni silahlar yerləşdirdiyini bildirir. Rusiyanın bu fəallığı Suriyanın digər şəhərlərində də hiss olunur, məsələn, Hamimim (Latakiya) və Hamidiya adlı şəhərlərdə rusların hərbi baza inşasına başladığı haqda məlumat verilir.

Fərrux


Teqlər:





Xəbər lenti