Həccdən qayıdan prezidentin gəmisi partladı

Həccdən qayıdan prezidentin gəmisi partladı
  28 Sentyabr 2015    Oxunub:2826
Maldiv prezidenti Abdulla Yaminin yüksəksürətli katerində güclü partlayış baş verib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə prezident paytaxt Maleyə yaxınlaşan zaman baş verib. Məlumata əsasən partlayış nəticəsində prezident xəsarət almayıb.

Yamin Səudiyyə Ərəbistanı, Həcc ziyarətindən qayıdırmış.

Məlumatda vurğulanır ki, Maldiv prezidentin təyyarəsi qonşu adada yerləşən hava limanında yerə enib. Bundan sonra prezident paytaxta katerlə yollanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti