“Əsədsiz Suriya cənnətə çevriləcək” – Ruhani

“Əsədsiz Suriya cənnətə çevriləcək” – Ruhani
  28 Sentyabr 2015    Oxunub:2736
Dünya birliyi razılığa gəlib ki, Suriya prezidenti Bəşər Əsəd öz vəzifəsində qalmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani “CNN” telekanalına müsahibəsində bildirib.

İran prezidentinin sözlərinə görə, bunun əksi baş verəcəyi təqdirdə Suriya terrorçular üçün cənnətə çevriləcək.

“Hesab edirəm ki, bu gün hər kəs Bəşər Əsədin hakimiyyətdə qalması ilə razıdır. Beləcə biz terrorçularla mübarizə apara biləcəyik. Mövcud hakimiyyəti gücləndirməkdən başqa yolumuz yoxdur”, - deyə İran prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə prioritet hədəfdir.

“Bu o, anlama gəlmir ki, Suriya rəhbərliyində islahatlar aparılmamalıdır”, - Ruhani qeyd edib. Lakin o, vurğulayıb ki, ekstremistlərlə mübarizədə hiss olunan nəticələrə əldə olunduqdan sonra bu məsələyə qayıtmaq olar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti