Millimiz oyuna itkilərlə çıxacaq

Millimiz oyuna itkilərlə çıxacaq
  08 İyun 2013    Oxunub:1437
Futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyuna ciddi itkilərlə çıxacaq
AzVision.az xəbər verir ki, millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla ev oyundan sonra 2 futbolçusunu itirib. Vaqif Cavadov və Branimir Subaşiç Lüksemburqla görüşdə cəzalı duruma düşüb.

V.Cavadov seçmə mərhələdə ikinci sarı vərəqə aldığı üçün növbəti oyunu buraxmalıdır. B.Subaşiç isə birbaşa qırmızı vərəqə aldığına görə, hətta Şimali İrlandiya ilə ev oyununda da iştirak edə bilməyəcək.

Nəticədə onlar yığmamızın növbəti rəsmi oyununu keçirəcəyi İsraillə sentyabrın 6-da keçiriləcək səfər matçını buraxmalı olacaq.



Teqlər:





Xəbər lenti