"Cırtdan" ermənilərə futbol dərsi keçdi

"Cırtdan" ermənilərə futbol dərsi keçdi
  08 İyun 2013    Oxunub:1642
Ermənistan yığması öz meydanında Malta komandasına yenilib
Ötən gün 2014-cü il dünya çempionatının seçmə mərhələsində Avropa zonasında 16 oyun keçirilib. Türkiyə yığmasının yer aldığı D qrupunun komandalarının istirahət etdiyi gündə bir sıra maraqlı oyunlar baş tutub.

Bunlar arasında mərkəzi oyun Azərbaycan milli komandasının yer aldığı qrupda Lissabonda keçirilib. Portuqaliya-Rusiya matçının artıq 9-cu dəqiqəsində Elder Poştiqa hesabı açıb. Fasiləyə məğlub durumda yollanan şimal qonşularımız ikinci hissədə hesabı bərabərləşdirməyə çalışıb. Lakin oyunda bundan başqa qol olmayıb – 1:0. Bu qələbədən sonra Portuqaliya xalını 14-ə çatdıraraq, qrup liderliyinə yüksəlib.

Rusiyada keçirilən oyunda meydan sahibləri eyni hesabla qələbə qazanıb.

A qrupu
Xorvatiya – Şotlandiya 0:1
Snodqrass, 26

Belçika – Serbiya 2:1
De Bruyne, 13, Fellaini, 66 - Kolarov, 87


B qrupu
Ermənistan - Malta 0:1
Mifsud, 8

Çexiya – İtaliya 0:0


C qrupu
Avstriya – İsveç 2:1
Alaba, 26-pen, Yanko, 32- Elmander, 82

İrlandiya – Farer adaları 3:0
Robbi Kin, 5; 56; 81

E qrupu
Albaniya – Norveç 1:1
Rama, 41 - Hoqli, 87

İslandiya – Sloveniya 2:4
Byarnason, 22, Finnboqason, 26-pen - Kirm, 11; 85, Birsa, 31-pen, Sesar, 61


F qrupu
Azərbaycan – Lüksemburq 1:1
Abışov, 71 - Bensi, 80

Portuqaliya – Rusiya 1:0
Poştiqa, 9

G qrupu
Latviya – Bosniya və Herseqovina 0:5
Luliç, 48, İbişeviç, 52, Medunyanin, 68, Pyaniç, 80, Dzeko, 82

Lixtenşteyn - Slovakiya 1:1
Byuxel,13 - Dyurisa, 73

Litva - Yunanıstan 0:1
Kristodoulopoulos, 20


H qrupu
Moldova - Polşa 1:1
Sidorenko, 37 - Blaşikovski, 7

Çernoqoriya – Ukrayna 0:4
Qarmaş, 52, Konoplyanka, 77, Fedetskiy, 85, Besus, 90+2

I qrupu
Finlandiya – Belarus 1:0
Hamyalyaynen, 57


Teqlər:





Xəbər lenti