İncil əvəzinə iPad-ə and içdilər

İncil əvəzinə iPad-ə and içdilər
  19 Fevral 2013    Oxunub:2039
ABŞ-da yeni işə daxil olan bir qrup yanğınsöndürənin andiçmə mərasimində maraqlı hadisə yaşanıb.
Xidməti fəaliyyətə yenicə başlayan bir qrup yanğınsöndürən and içmək üçün İncil tapmayıb və əvəzinə əllərini iPad-ə basaraq and içiblər.
Atlantik Siti şəhərinin yanğın təhlükəsizliyinə nəzarət üçün xidmətə başlamağa hazırlaşan bir qrup yeni işçi əl basmaq üçün İncil axtarıb. Çünki xidmətə başlamaq üçün mütləq İncilə əl basaraq and içmək lazım olub. İncili tapa bilmədiklərinə görə ya mərasimi ləğv etməli, ya da analoji variant tapmalı idilər. Beləliklə, İncil kitabı yüklənmiş iPad onların köməyinə çatıb. Yeni yanğınsöndürənlər iPad-ə əl basaraq xidmətə başlayıblar.




Teqlər:  





Xəbər lenti