Hərbi xidmət yaşı dəyişdi?

Hərbi xidmət yaşı dəyişdi?
  19 Fevral 2013    Oxunub:1678
Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb.
Parlamentdən verilən məlumata görə, təkliflər artıq geri qaytarılıb.
Təklifin “Hərbi xidməti keçmə” haqqında qanuna salınması parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. “Milli Məclisin müvafiq komitəsi yaxın vaxtlarda ümumiyyətlə bu məsələni müzakirəyə çıxarmağı real hesab etmir”, - deyə parlamentdən bildirilib.
Qeyd edək ki, ötən ay Silahlı Qüvvələrdə və digər hərbi strukturlarda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı parlamentə təkliflərin təqdim olunacağı açıqlanmışdı.
(apa)



Teqlər:





Xəbər lenti