Avtomobil ağaca çırpıldı

Avtomobil ağaca çırpıldı
  02 İyun 2013    Oxunub:1249
Sürücü ağır yaralandı
Qusar rayonunda “Mercedes” markalı avtomobil ağaca çırpılıb. AzVision.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu, İmamqulu kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib.

Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti