Putin aprelin 16-sı sorğu-sual ediləcək

Putin aprelin 16-sı sorğu-sual ediləcək
  08 Aprel 2015    Oxunub:2016
Rusiya prezidenti Vladimir Putinlə ənənəvi “Birbaşa xətt” verilişi bu il aprelin 16-ı keçiriləcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, məlumatı prezident Vladimir Putinin mətbuat katibi Dmitriy Peskovda təsdiqləyib.

“İnsanlar sabahdan etibarən aprelin 16-ı, “Birbaşa xətt”ə saniyələr qalana qədər xüsusi saytlar, mobil qurğular, proqramlar, telefon zəngləri, SMS, MMS və s. vasitələrlə prezidentə sual ünvanlaya bilərlər”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 17-i baş tutub və 3 saat 56 dəqiqə davam edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti