Yanmış meyit tapılıb

Yanmış meyit tapılıb
  18 Fevral 2013    Oxunub:2735
Fevralın 16-da saat 09:30 radələrində İmişli rayonunun Cəfərli kəndi yaxınlığında, yolun kənarında “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə üzərində kəsilmiş-deşilmiş xəsarət olan yanmış vəziyyətdə naməlum insan meyiti aşkar edilib.
AzVision.az-ın məlumatına görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları dərhal İmişli rayonuna ezam edilib, onların iştirakı ilə rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla müəyyən edilib ki, aşkar olunan meyit taksi sürücüsü kimi fəaliyyət göstərmiş 1967-ci il təvəllüdlü İmişli şəhər sakini Orucov Məsudi Tahir oğluna məxsusdur.
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hadisənin baş vermə səbəbləri və cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti