Maştağa qəsəbəsində açılış mərasimi keçirilib

Maştağa qəsəbəsində açılış mərasimi keçirilib
  22 May 2013    Oxunub:1692
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrası çərçivəsində Gənclər və İdman Nazirliyinin Sabunçu rayonunun Maştağa qəsəbəsində inşa etdirdiyi süni ot örtüklü meydançası istifadəyə verilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Sabunçu rayon İcra Hakimiyyətinın rəhbərliyi, qəsəbə ağsaqqalları, yeniyetmə və gənclər iştirak ediblər.

Açılış mərasimində çıxış edən rəsmi şəxslər ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyini, respublikamızın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin tikildiyini qeyd edib, açılış mərasimi təşkil olunan süni örtüklü meydançanın da insanların sağlam həyat tərzi keçirməsinə, futbolun kütləviliyinin artmasına şərait yaratdığını bildiriblər.

Qonaqlar futbol meydançası ilə yanaşı inzibati binaya da baxış keçirmış, futbol meydançasının və inzibati binanın futbolçuların peşəkarlıqlarının artırılmasında böyük rol oynadığını da vurğulayıblar.

Sonra tədbir iştirakçıları rəmzi olaraq topa zərbə vurublar. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada yoldaşlıq oyunu keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti