Səfirin pulunu mənimsəyən jurnalistin həbsi uzadıldı

Səfirin pulunu mənimsəyən jurnalistin həbsi uzadıldı
  18 Fevral 2013    Oxunub:2445
Həbsdə olan Şəmsiyyə Bəylərqızı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Məlumata görə, Nərimanov Rayon Məhkəməsində istintaq tərəfinin Ş. Bəylərqızının barəsində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək, həbs-qətimkan tədbirinin müddətini 1 ay uzadıb.
Qeyd edək ki, Ş. Bəylərqızı ötən ilin iyun ayında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


Teqlər:





Xəbər lenti