Şahmatımız niyə mat olub? – ARAŞDIRMA

Şahmatımız niyə mat olub? – ARAŞDIRMA
  21 May 2013    Oxunub:2089
5-6 il əvvəl şahmat Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri idi. Gənc şahmatçılarımız hər yarışdam qələbələrlə dönürdülər. Mətbuatın gündəmindən düşmürdülər. Amma son illərdə onların uğurlarının davamını görə bilmirik. Məsələn, Teymur Rəcəbovun iddiaçıların turnirində 14 görüşün 7- də məğlub olaraq, axırıncı yeri tutacağını heç kim gözləmirdi. Nə baş verir? Bu, bir fərdin timsalında bütövlükdə Azərbaycan şahamatının geriləməsi kimi qəbul oluna bilərmi?

Gənc şahmatçılarımızın düşdüyü uğrsuzluq zolağı, məğlubiyyətlər silsiləsi nədən qaynaqlanır? 2015-ci ildə Azərbaycanda keçiriləcək şahmat çempionatı ərəfəsində bu sual xüsusilə aktualdır.

“Zəncir qırılıb”

İdman jurnalisti Rövşən Binnətli hesab edir ki, bu məsələdə ən böyük problem şahmat məktəblərinin lazım olan kefiyyətlərə cavab verməməsi ilə əlaqədardır.
- Əvəllər aparıcı şahmatçılarımız ilə yanaşı, kiçik yaş qruplarında iştirak edən oyunçularımız da həm qitə, həm dünya çempionatlarında qənaətbəxş nəticələr əldə ediblər. Azərbaycanda belə bir zəncir yaranmışdı. Ona görə də, bizdə bu nailiyyətlərin demək olar ki, ardı- arası kəsilmirdi. Amma indi həmin zəncir qrılıb,- deyə Rövşən Binnətli AzVision.az-a bildirib - Bunun bir səbəbini mən onda görürəm ki, əvəllər bütün bölgələrimizdə şahmat klubları, şahmat məktəbləri fəaliyyətdə idi. Ora bizim çoxlu həvəskarlar cəlb olunurdular. Həmin uşaqların içərisindən bacarıqlı şahmatçılar çıxırdı və regional yarışlar keçirilirdi. Zonaların qalibləri Bakıya final turnirinə gəlirdilər. Bu etapları keçəndən sonra onlarda mübarizlik ruhu , peşəkarlığın, istedadalarının artması təmin olunurdu. İndi isə bölgələrdə şahmat məktəblərinin fəaliyyəti olduqca bərbaddır. Üzərlərinə düşən funkisyanı yerinə yetirmirlər. Çünki rayon şahmat məktəblərində uşaqlara şahamatın sirrini öyrədən kadarlar yoxdur. Təsadüfü adamların adları qeyd olunaraq, maaş yazılır. Nəticədə uşalqar şahmat məktəblərindən kənar düşməyə başlayırlar. Çünki rayondan olan uşaq gəlib Bakıda məşğul ola bilmir.

Rövşən Binnətli deyir ki, çalışmaq lazımdır, hazırkı məğlubiyyətlər adət halını almasın. Hazırda Vüqar Həşimovun səhhətilə bağlı problemi var. Yenə də məsuliyyət Teymur ilə Şəhriyarın üzərində qalır. Onlar geriyə getməməlidirlər ki, arxadan gələn şahmatçılarımızda da ruh düşkünlüyü yaranmasın.

Məşqçilər niyə danışmır?

Aparıcı şahmatçılarımızın şəxsi məşqçilərilə necə işlədiyi haqqında bizim məlumatımız yoxdur. Doğrudur istər Şəhriyar, istərsə də Teymur hər hansısa bir yarışdan öncə hazırlıqlarından şikayət etməyiblər. Amma son mərhələyə gəlib çatanda nəticələr aşağı olur. Bəlkə də bu, psixoloji amillə bağlıdır. Və ya kommersiya turnirlərinə çox meyil edirlər ki, bu da zehni yorğunluğa gətirib çıxara bilir.



- Man, açığı, onların hazırlıq prosesində əsas məşqçiləri kimdir, kimdən tövsiyə alırlar, o barədə məlumatsızam. Yaxşı olar ki, bu haqda məlumat verilsin. Qoy, məşçilər danışsın. Bizdə anacaq funkisionerlər danışır, federasiyanın rəsmiləri münasibət bildirirlər,- deyir Rövşən Binnətli.

Bir az da belə davam etsə, gərək indi ortada olan şahmatçılarımız geri çəklilsinlər ki, yerlərinə daha perespektivli gənclər gəlsin. Amma problem ondadır ki, perspektivli gənclər də yoxdur: “Cavanlar içərisində bir Eldar Səfərlidir ki,mən ondan başqa ad çəkə bilmirəm”

“Hər şahmatçının krizis dövrü olur”

Azərbaycanın şahmat yığmasının baş məşqçisiFikrət Sideifzadə isə şahamatın bu drumunun qəbuledilən olduğunu deyir:

- Temur Rəcəbov daim uduzası deyil ki. İndi pis dövrüdür. Bir- iki türnirdə zəif çıxış edib. O, dünyada hətta dördüncü əmsala malik şahmatçı idi. İndi son yarım ildə nəsə uğursuz çıxış edir, olan şeydir. Qələbə qazanmaq üçün o qədər şərtlər var ki, hamısını maksiumum səviyyədə saxlamaq mümkün deyil. Hər bir şahmatçının belə bir krizis dövrü olur. Teymur bu dəqiqiə belə bir dövrü yaşayır. Amma Şəhriyar görürsünüz ki, yaxşı oynayır. Onlar yüksək səviyyəli şahmatçılardır.

Fikrətzadə də həmçinin deyir ki, bizdə şahmatın inkişafına kömək edən idman cəmiyyətləri demək olar ki, yox səviyyəsindədir.

“İrəliləyiş dayanıb”

Dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarov isə gələcək oyunlara daha ümidli olduğunu deyir :

- Mən fikirləşmirəm ki, bu 5 il uğursuz keçib. Sadəcə olaraq, Teymur Rəcəbovun son turnirləri uğursuz olub. Düzdür, 5 il ərzində sözsüz ki, əvvəlki kimi inkişaf yoxdur. Amma yenə də durumdan narazı deyilik. Man fikirləşirəm ki, yüksək səviyyəli, dünyanın onluğuna daxil olan yeni şahmatçılarımız olmalıdır. Heyif ki, bunlar yoxdur.



Şahmatçı da təsdiqlədi ki, onlar şəxsi məşqçilərini gizli saxlayırlar: “Mənim də, Teymurun da bir neçə məşqçimiz var və heç kim bunu bilmir. Bu hal çox normaldır. Yəni biz özümüz qəsdən məşqçilərimiz kim olduğunu demirik”.

Onun sözlərinə görə, Azərbaycanda şahmat məktəbləri çox olsa da, güclü şahmat mütəxəssisləri azdır. Acınacaqlısı isə odur ki, rayonlarımızdan yüksək dərəcəli şahmatçılar çıxmır: “Mən də razılaşıram ki, dünya şöhrətli şahmatçılarımızın irəliləyşi artıq dayanıb. Yəni boynmuza alıb, buna qarşı mübarizə aparmalıyıq. Bu, haradasa normal hadisədir, amma çalışmaq lazımdır ki, belə olmasın. Zamanımız var, istərdik ki, gənc nəsil şahmatçılar da inkişaf etsin. Çünki Azərbaycanda şahmat olimpiadasının keçirilməsi inanılmaz bir uğurdur. Amma bu yarışda ölkəmizi layiqincə təmsil etmək çox çətindir “.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti