İndi növbə onundur - Sobçak ölümlə hədələnir
Məlumatda vurğulanır ki, B.Nemtsovun köməkçisinin sözlərinə görə, mərhum siyasətçi də son zamanlar Ukrayna məsələsində tutduğu mövqe ilə əlaqədar sosial şəbəkələr vasitəsilə belə təhdidlər alırdı.
Bu arada Rusiyanın keçmiş iqtisadiyyat naziri və tanınmış blogger Andrey Neçayev öz Twitterində yazıb ki, əvvəllər Nemtsov haqqında mənim səhifəmə fitnəkar sözlər və təhdid dolu şərhlər çox yazılıb.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Hadisə haqqında daxili işlər naziri Vladimir Kolokoltsev prezident Vladimir Putini ətraflı məlumatlandırıb. Bununla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
Teqlər: