Paris klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Bu zaman o, göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, matçı stadionda izləyənlər arasında Bekhemin ailə üzvləri də olub.
Oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu emosiyalarını və həyacanını gizlətməyə çalışdığını desə də, bunu edə bilmədiyini söyləyib.