Bununla təhsilhaqqı azaldıldı

Bununla təhsilhaqqı azaldıldı
  18 Fevral 2013    Oxunub:2249
Azərbaycanda ali məktəblər Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub.
Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Ə. Məsimli Modern.az-a açıqlamasında ali məktəblərin ƏDV-dən azad olunmasına dair qəraqın artıq qəbul edildiyini bildirib.

“ƏDV-nin ləğv olunması ali məktəblərdə tələbələrin illik təhsil haqqına təsir edəcəkmi” sualına millət vəkili belə cavab verib:“İnanmıram ki, bu qərar təhsil haqqına təsir etsin. Təhsilhaqqından yığılan gəlir ali məktəblərdə maddi-texniki baza üçün 10 milyonlarla əlavə vəsait yaradır. “Təhsil kreditləri haqqında” Qanunun keçməsinə ona görə təkid göstərirəm ki, belə məsələlər birdəfəlik həll olunsun”.

Ancaq Azərbaycandakı qabaqcıl özəl universitetlərdən biri olan Qərb Universitetindən Modern.az-ın əməkdaşına bildiriblər ki, artıq universitetdə ƏDV-nin ləğv olunması təhsil haqqına da təsir göstərib.

Belə ki, indiyədək ildə 3855 manat təhsilhaqqı ödəyənlər bundan sonra 3161 manat, 3350 manat ödəyənlər 2746 manat, 2940 manat ödəyənlər 2410 manat, 2700 manat ödəyənlər isə 2214 manat ödəyəcəklər. Hətta onu da bildiriblər ki, əgər kimsə bu il tam illik haqqını ödəyibsə, bu məbləğ gələn ilin təhsil haqqından çıxılacaq.

Bu məlumata isə millət vəkili Əli Məsimlinin cavabı belə olub: “Mən hesabladım. Əgər belədirsə, illik təhsilhaqqını 18% azaldıblar. Amma bütün universitetlər buna getməyə də bilər”-deyə deputat qeyd edib.


Teqlər:  





Xəbər lenti