Yağış yağacaq, şimşək çaxacaq

Yağış yağacaq, şimşək çaxacaq
  16 May 2013    Oxunub:1402
Temperatur gecə 13-17°, gündüz 20-25° isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi əsəcək. Temperatur gecə 13-17°, gündüz 20-25° isti olacaq. Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında 18-23°, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəydə 13-18°, Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda 20-25°, Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda 18-23°, Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 21-26°, Masallı-Lənkəran-Astara-Lerik və Yardımlıda 20-25° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti