Ferdinand İngiltərə yığmasından ayrıldı

Ferdinand İngiltərə yığmasından ayrıldı
  16 May 2013    Oxunub:1661
34 yaşlı futbolçu bundan sonra yalnız "Mançester Yunayted”in uğurları üçün çalışacaq.
İngiltərə Premier Liqasının birincisi "Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinand əsas oyunçusu olduğu İngiltərə millisindən ayrılıb. AzVision.az türk saytlarına istinadən xəbər verir ki, klubun internet saytına danışan 34 yaşlı futbolçu “Uzun müddət düşündükdən sonra, beynəlxalq futbolu buraxmağın doğru zaman olduğuna qərar verdim”-deyə bildirib.

Ferdinand, yalnız klub karyerasına diqqət yetirəcəyini deyib. O bildirib ki, bundan sonra yerini gənc oyunçulara vermək istəyir.

"Milli komandamız çox yaxşı vəziyyətdədir. Oraya axın-axın gənc və prespektivli oyunçular gəlir, bu da gələcək üçün yaxşı bir addımdır” deyə vurğulayıb.

Xatırladaq ki, Ferdinand ilk dəfə 1997-ci ildə “Wembley” stadionunda Kameron Milli Komandasına qarşı forma geyinib. İngiltərə Milli Komandasında müdafiəçi olan futbolçu bu ölkənin ən gənc yaşında forma geyinən futbolçusu kimi tarixə düşüb. FİFA Dünya Kubokuna 3 dəfə qatılan və 81 dəfə oyuna çıxan futbolçu hər zaman bu ölkənin şərəfini qorumağından qürür duyduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti